ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Ərzincanda “Qərbi Azərbaycana Qayıdış” layihəsi çərçivəsində konfrans keçirilib
27 MAY 2025 - 13:15

“Üçüncü Sektor” İctimai Birliyi “Qərbi Azərbaycana Qayıdış” layihəsinin icrasına başlayıb.

2025-ci il *mayın 23-də* layihə çərçivəsində Ərzincan şəhərində Ərzincan Binəli Yıldırım Dövlət Universitetində konfrans keçirilib.

Konfransda “Qərbi Azərbaycana Qayıdış” mövzusunda müxtəlif məruzələr dinlənilib. Məruzələrdə tarixi ədalətin bərpası üçün Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq tribunalarda hüquqi əsaslarla qaldırılmasının vacibliyi xüsusi vurğulanıb.

Çıxışlardan sonra Türkiyənin “Merhaba” qəzetinin baş redaktoru, Balıkəsir Jurnalistlər Cəmiyyətinin sədri Semra Akyürekin moderatorluğu ilə “Qərbi Azərbaycana Qayıdış” layihəsinə həsr olunmuş panel müzakirəsi keçirilib.

Sonda iştirakçılara Qərbi Azərbaycanla bağlı məlumatlandırıcı broşürlər paylanıb.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl