
Azərbaycan QHT nümayəndələri Almaniyada UNFCCC Yardımçı Qurumlarının (SB 62) 62-ci sessiyasında iştirak edir
“Qadın, İnkişaf və Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova, "Gender Hub" İctimai Birliyinin sədri Məryəm Məcidova,
"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli Almaniyanın Bonn şəhərində Ümumdünya Konfrans Mərkəzində keçirilən UNFCCC Yardımçı Qurumlarının 62-ci sessiyasında iştirak edirlər.
16-26 iyun tarixlərini əhatə edən bu iqlim konfransı uyğunlaşma, təsirin azaldılması, iqlimin maliyyələşdirilməsi və şəffaflıq kimi əsas məsələlər üzrə danışıqları inkişaf etdirmək üçün Elmi və Texnoloji Məsləhətlər üzrə Yardımçı Orqanı (SBSTA) və İcra üzrə Yardımçı Orqanı (SBI) bir araya gətirir. Konfransda qlobal iqlim dəyişmələri ilə bağlı qərarların qəbulu proseslərinə daxil olan danışıqlar, hazırlıq müzakirələri aparılacaq.