ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Minskdə Azərbaycan-Belarus Gənclər Forumu keçirilib
19 IYUN 2025 - 17:50

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası "Azərbaycan-Belarus Gənclər Forumu" layihəsinin icrasını davam etdirir. 2025-ci il iyunun 19-da layihə çərçivəsində Minsk şəhərində Belarus Respublika Gənclər Birliyində Forum keçirilib. İctimai Birliyin sədri Səbuhi Abbasov bildirib ki, layihə hər iki ölkənin gəncləri üçün yeni bir platformadır. Tədbirdə Belarus parlamentinin deputatı, qeyri-hökumət təşkilatları, media nümayəndələri, tələbələr iştirak ediblər. İştirakçılar iki ölkə gəncləri arasında təhsil, mədəniyyət, innovasiya, könüllülük və digər sahələrdə əməkdaşlığın vacibliyini vurğulayaraq, bu istiqamətlərdə birgə layihələrin həyata keçirilməsi barədə çıxışlar ediblər. Forumdan öncə iştirakçılar Belarus Respublika Gənclər Birliyinin binası ilə tanış olublar.  Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl