
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş qızlar üçün layihəyə başlanıb
Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyi “Yaşatmaq uğrunda!” layihəsinin icrasına başlayıb. 2025-ci il iyunun 18-də layihə çərçivəsində təlimlərə başlanılıb. İctimai Birliyin sədri Günel Gözəlova bildirib ki, layihənin məqsədi valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş qızların bilik və bacarıqlarının artırılması, uğurlu gələcəyə inamlarını təmin etməkdir. Təlimlərdə Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 1 saylı Uşaq Evi sosial xidmət müəssisəsindən 15-17 yaş arası 6 qız iştirak edir. İştirakçılara ilk olaraq, “Media nədir?” mövzusunda təlim keçirilib. Layihə çərçivəsində müxtəlif mövzuları əhatə edən daha 17 təlimin keçirilməsi, iştirakçıların tanınmış şəxslərlə görüşlərinin təşkili nəzərdə tutulub.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.