
Məktəblilər üçün erkən nikahın fəsadları mövzusunda təlim keçirilib
Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyi “Erkən nikah və fəsadları: maarifləndirici tədbirlər silsiləsi” adlı layihənin icrasını davam etdirir.
2025-ci il iyunun 13-də layihə çərçivəsində 25 məktəblinin Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə səfəri təşkil olunub. Layihənin məqsədi məktəblilərinin maarifləndirilməsi yolu ilə erkən nikaha qarşı cəmiyyətdə immuniteti artırmaq, fəsadları izah etmək, məktəbliləri peşə təhsili üçün imkanlarla tanış etməkdir.
Səfər zamanı Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib. Həmçinin məktəblilərin təlimlərdə iştirakı təmin olunub, sualları cavablandırılıb.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.