ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Zəngəzur yazarlarının Zəfər çələngi” toplusunun təqdimatı keçirilib
30 IYUN 2025 - 15:00

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi “Zəngəzur yazarlarının Zəfər çələngi” layihəsini icrasını davam etdirir. 2025-ci il iyunun 26-da layihə çərçivəsində AMEA-nın Lənkəran Elmi Mərkəzində “Zəngəzur yazarlarının Zəfər çələngi” toplusunun təqdimatı keçirilib.

Topluda Qərbi və Şərqi Zəngəzur bölgəsini təmsil edən 250 nəfər müəllifin şeir, hekayə, esse, publisist yazıları, eləcə də müsahibə, roman və poemalarından parçalar toplanıb. 412 səhifədən ibarət kitabda tanınmış müəlliflərlə yanaşı, 40-dan çox müharibə iştirakçılarının və onların ailə üzvlərinin şeirləri, hekayələri, publisistik yazıları yer alıb.

Kitabın elektron variantı Birliyin “zengezur.com” saytının “Kitablar” bölməsində də yerləşdirilib.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl