ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Əlilliyi olan şəxslərin bacarıqlarının inkişafına həsr olunmuş sərgi və konsert proqramı keçirilib
30 IYUN 2025 - 16:30

“İstedadlı Əlillər” İctimai Birliyi “Əlilliyi olan şəxslərin bacarıqlarının inkişafı” adlı layihənin icrasını davam etdirir. 2025-ci il iyunun 27-də Xırdalan şəhərində layihə çərçivəsində sərgi və konsert proqramı keçirilib. İctimai Birliyin sədri Qubad Qasımov bildirib ki, tədbirin məqsədi əlilliyi olan şəxslərin sosial və iqtisadi inteqrasiyasına dəstək vermək, onların yaradıcılıq potensialını üzə çıxarmaq və cəmiyyətdəki aktiv rollarını təşviq etməkdir. Layihə çərçivəsində 35-dən çox əlilliyi olan şəxs və onların valideynləri müxtəlif təlimlərə cəlb olunub. Sərgidə iştirakçıların təlimlər zamanı hazırladıqları əl işləri maraqla qarşılanıb.
Sonda “İstedadlı Əlillər” İctimai Birliyinin üzvlərinin ifasında musiqi proqramı  təqdim edilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl