ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Nevşehir və Kayseridə Qərbi Azərbaycanla bağlı tədbirlər keçirilib
30 IYUN 2025 - 18:00

“Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası” İctimai Birliyi “Ermənistanın siyasi təxribatlarına qarşı milli strategiya – Qərbi Azərbaycan faktoru” adlı layihənin icrasını davam etdirir. 2025-ci il mayın 28-də Türkiyənin Nevşehir şəhərində layihə çərçivəsində konfrans, iyunun 6-da isə Kayseri şəhərində isə dəyirmi masa keçirilib.
İctimai Birliyin sədri Qafar Çaxmaqlı bildirib ki, layihənin məqsədi Ermənistanın Azərbaycana qarşı ideoloji təxribatlarını araşdırmaq, onları beynəlxalq səviyyədə ifşa etmək və Azərbaycanın Qərbi Azərbaycana qayıdışla bağlı milli strategiyasını geniş ictimaiyyətə çatdırmaqdır. Tədbirlərdə Türkiyə və Azərbaycan qeyri-hökumət təşkilatları, beyin mərkəzləri, akademik dairələr, media nümayəndələri, müəllim və tələbə heyəti iştirak edib, mövzular ətrafında çıxışlar edilib, müzakirələr aparılıb.
Çıxışçılar Qərbi Azərbaycandan olan insanların doğma yurd yerlərinə qayıdış mübarizəsinin perspektivlərini, siyasi və hüquqi aspektlərini, beynəlxalq normalara uyğunluğunu diqqətə çatdırıblar. Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl