ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Yaşıl iqtisadiyyatda yaşıl enerjinin roluna dair forum təşkil olunub
03 IYUL 2025 - 12:00

"Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyi "Yaşıl iqtisadiyyatda yaşıl enerji" adlı layihənin icrasını davam etdirir. 2025-ci il iyunun 20-də layihə çərçivəsində Abşeron rayonunda  forum keçirilib. Forumda sahibkarlar, gənclər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları iştirak ediblər.
"Konstitusiya Araşdırmaları Fondu”nun sədri Əliməmməd Nuriyevin moderatorluğu ilə keçirilən "COP29-dan sonrakı dövrdə sahibkarların yaşıl iqtisadiyyata keçidi üçün dövlət dəstəyi və əlverişli şəraitin yaradılması" adlı paneldə Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin aparıcı məsləhətçisi Esmira Lətifova, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli, Azərbaycan Qadın Sahibkarlarlığının İnkişafı Asossiasiyasının sədri Səkinə Babayeva spiker qismində çıxış etdilər. 
“İnnovativ İqtisadi Araşdırmalar” Mərkəzinin rəhbəri, ƏƏSMN yanında İctimai Şuranın sədri Elşad Məmmədovun moderatorluğu ilə keçirilən "Biznes və yaşıl enerji: yeni biznes modelləri, investisiya və innovasiyalar" adlı ikinci paneldə isə sahibkar Rəna Qafarova, iqtisadçı Aslan Əzimzadə, ekspert  Lamiyə Xəlilova müzakirələr aparıb.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Forum çərçivəsində əl işlərindən ibarət sərgiyə də baxış keçirilib, daun sindromlu rəssam və rəqqasə Pərvanə Hüseynlinin və azyaşlılardan ibarət rəqs qrupunun çıxışları təqdim edilib.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl