
Bakıda “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi keçirilib
“Xəzər” İntellektual Gənclər Klubu İctimai Birliyi "Azərbaycan Kuboku" layihəsinin icrasını başa çatdırıb.
2025-ci il iyulun 1-də layihə çərçivəsində Bakıda “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi keçirilib.
Seçim turlarında Bakı, Gəncə, Şəki, Quba və Mingəçevir şəhərlərində 100-dən artıq komanda iştirak edib. Final mərhələsində isə 16 komanda iştirak hüququ qazanıb.
Nəticədə birinci yerin qalibi isə “Prestij” komandası, ikinci yerin qalibi “Dərələyəz” olub. “Kiçik Kubok”un qalibi isə “Vendetta” komandası elan edilib.
Qalib komandalar diplomlarla təltif edilib, hədiyyələrlə mükafatlandırıblar.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.