ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

"Milli rəqsin mesajları" layihəsi çərçivəsində məşqlərə başlanıb
03 IYUL 2025 - 13:30

"YeniSi" Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi İctimai Birliyi "Milli rəqsin mesajları" layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində iyun ayından etibarən "Mirzeyi", "Sarı gəlin", "Uzundərə" rəqslərinin məşqlərinə başlanıb. 
İctimai Birliyin sədri  Məqsəd Sarıyev bildirib ki, layihənin məqsədi milli rəqslərimizin elementlərindən və bu elementlərin ötürdüyü mesajların sirlərindən yararlanmaqla milli-mənəvi, mədəni irsin təsir imkanlarından istifadə edərək, yeniyetmə və gənclərin ənənəvi həyat tərzimizə rəğbətini artırmaq, onların da bu sirlərdən, mesaj və ənənələrdən faydalanmasına təşəbbüs göstərməkdir.
Rəqslərin əsasında 3 videoçarx çəkilərək, avqust ayında təqdimatı keçiriləcək. 
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl