
Ermənistanın kasetli sursatlardan istifadəsinə dair hesabat hazırlanır
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi “Azərbaycan Respublikası ərazisində kasetli sursatlar probleminin tədqiqi” layihəsinin icrasını davam etdirir.
2025-ci il 9-20 iyun tarixlərində layihə çərçivəsində Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarının ərazisində kasetli silahlarla çirklənmiş ərazilərin monitorinqi keçirilib, problemin miqyası, kasetli sursatların növləri, bu sursatların infrastruktur layihələrinin həyata keçirilməsinə təsiri, kasetli sursatlardan qurban olmuş şəxslərin müəyyən edilməsi və onların hansı şəraitdə qurbana çevrilməsinin öyrənilməsi üçün çoxsaylı görüşlər keçirilib, araşdırmalar aparılıb.
Layihə çərçivəsində növbəti işlər Qubadlı, Laçın, Şuşada həyata keçiriləcək. Sonda araşdırmalara əsasən Hesabat hazırlanacaq. Hesabatın Cenevrədə və Bakıda təqdimatı nəzərdə tutulur.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.