ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Naxçıvanda narkotik asılılığına qarşı mübarizəyə dair təlim keçirilib
03 IYUL 2025 - 14:30

“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyi “Naxçıvan gənclərinin sağlamlığı naminə “Narkotikə yox” təşəbbüsü” layihəsinin icrasına başlayıb. 2025-ci il iyunun 28-də layihə çərçivəsində Naxçıvan şəhəri Gənclər Mərkəzində ilk təlim keçirilib. İctimai Birliyin sədri Emin Tarverdiyev bildirib ki, layihənin məqsədi gəncləri zərərli vərdişlərdən çəkindirmək, narkomaniyanın fəsadları barədə maarifləndirmək və sağlam həyat tərzinin təbliğinə nail olmaqdır. 
Təlim zamanı narkotiklərin fərdi və ictimai təsirləri, asılılıq anlayışı və mərhələləri, gənclər arasında narkotik riskləri, sosial və psixoloji dəstək yolları diqqət mərkəzində olub. Zərərli vərdişlərin mənfi fəsadları, o cümlədən həyatımıza, sağlamlığımıza təhlükə, mənəviyyatımıza zidd olması barədə gənclər məlumatlandırılıb. Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, iştirakçılara testlər paylanılıb, sorğu keçirilib.
Qeyd edək ki, layihə çərçivəsində növbəti təlimlərin Şərur, Babək, Culfa və Ordubad rayonlarında da keçirilməsi nəzərdə tutulub.
Layihənin donoru Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl