ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Xaçmazda və Ağdamda ətraf mühitin qorunması ilə bağlı tədbirlər keçirilib
03 IYUL 2025 - 15:00

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi “Ətraf mühiti qoru: maarifləndirmə aksiyaları” adlı layihənin icrasını davam etdirir.  2025-ci  mayın 30-da layihə çərçivəsində Çingiz Abdullayev adına Xaçmaz şəhər 2 nömrəli tam orta məktəbdə  “Yaşıl sərvətimiz: meşələri qoruyaq” adlı ictimai müzakirə, iyunun 4-də isə Ağdam rayonunun Quzanlı qəsəbəsində “Qarabağda ekoloji terrorun acı izləri” adlı dəyirmi masa keçirilib.  İctimai Biriliyin sədri Elman Cəfərli bildirib ki, layihənin məqsədi gənclərdə ekoloji şüurun formalaşdırılması və ətraf mühitə sevgi hisslərinin aşılanmasına dəstək verməkdir. İctimai fəalların, könüllü təbiətsevərlərin, pedaqoqların, məktəblilərin iştirak etdiyi tədbirlərdə “İqlim dəyişikliyi və onun təsirləri”, “Meşələrin mühafizəsi və yaşıllıqların artırılması”, “Su ehtiyatlarının qorunması”, “Bərk tullantıların idarə olunması və təkrar emal”, “Ekoloji maarifləndirmə və ictimai iştiraka çağırış” mövzularında çıxışlar edilib, müzakirələr aparılıb. İştirakçıların sualları cavablandırılıb.  Layihə çərçivəsində, həmçinin maarifləndirici video-müsahibələr də hazırlanacaq.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl