ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Mədəni İrs Beynəlxalq Ustad Məktəbi kursları və arxeoloji irs” mövzusunda seminar keçirilib
03 IYUL 2025 - 15:30

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsinin icrasını davam etdirir.
2025-ci il iyunun 13-də layihə çərçivəsində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Mədəni İrs Beynəlxalq Ustad Məktəbi kursları və arxeoloji irs” mövzusunda seminar təşkil olunub. 
Tədbirdə Mərkəzin 60-a yaxın şagirdi və müəllim heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İctimai Birliyin sədri Fariz Xəlilli bildirib ki, layihənin məqsədi “MİM – Mədəni İrs Beynəlxalq Ustad Məktəbi”nin yaradılması vasitəsilə cəmiyyətin mədəni irs sahəsində maarifləndirilməsini təmin etməkdir.
Tədbirdə Azərbaycanın zəngin arxeoloji irsi, bu irsin qorunmasının aktual məsələləri, regionlarda aparılan tədqiqatlar nəticəsində aşkarlanmış arxeoloji və tarixi irsin sistemli şəkildə öyrənilməsinin, sənədləşdirilməsinin vacibliyi və digər məsələlərlə bağlı çıxışlar edilib, müzakirələr aparılıb. 
Layihə çərçivəsində iyunun 12-də Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Mədəni irsin qorunması sahəsində milli və beynəlxalq tənzimetmə” adlı seminar da keçirilib.
Seminarların sonunda iştirakçılara İctimai Birliyin nəşrləri hədiyyə edilib.
Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl