Sumqayıtda “Qarabağ Zəfərindən Turana doğru” kitabının təqdimatı keçirilib
“Kitab Evi” İctimai Birliyi “Turançılıq ideyaları müasir ədəbiyyatda” adlı layihəsinin icrasını davam etdirir. 2025-ci il iyulun 4-də layihə çərçivəsində Sumqayıt şəhəri “Poeziya Evi”ndə “Qarabağ Zəfərindən Turana doğru” kitabının təqdimatı keçirilib. İctimai Birliyin sədri Adilə Nəzərova bildirib ki, layihənin məqsədi türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsinə töhfə verməkdir.
Təqdimatda şair və yazıçılar, QHT və media nümayəndələri, tələbə və şagirdlər iştirak ediblər.
Tədbirdə turançılığın bədii estetikası mövzusunda çıxışlar edilib, şeirlər səsləndirilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.





