ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Süni intellektin rəqəmsal marketinqdə tətbiqi üzrə təlimlər keçirilib
09 IYUL 2025 - 12:00

İnnovasiya və Sosial İnkişaf İctimai Birliyi “Sahibkarların innovativ bacarıqlarınının artırılması” adlı layihənin icrasına başlayıb. 2025-ci il iyunun 12-də layihə çərçivəsində Bakı Resurs Mərkəzində təlim keçirilib. İctimai Birliyin sədri  Azər Maxsudov bildirib ki, layihənin məqsədi gənc sahibkarlara və öz biznesini yeni quran  gənclərə innovativ üsulların, bacarıqların aşılanmasıdır. Təlimdə əsasən yeni biznes fəaliyyətinə başlamaq istəyən gənclər, Bakı Dövlət Universitenin tələbələri və fərdi sahibkarlar iştirak ediblər. Təlimdə süni intellektin biznesdə, rəqəmsal marketinqdə tətbiqi, marketinq xərclərinin  azalmasına dəstək olan innovativ alətlər, kibertəhlükəsizlik, bazara çıxışı və satışı asanlaşdıran innovativ proqramlar barədə məlumat verilib, təqdimatlar edilib.
Layihə çərçivəsində növbəti təlimlər Sumqayıt şəhərlərində də keçiriləcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl