“Milli irs və hibrid təsir” layihəsi icra olunur
“Bir Təbəssüm” Vətənpərvərliyin Təbliğinə Yardım İctimai Birliyi “Milli irs və hibrid təsir” layihəsinin icrasını davam etdirir. 2025-ci il iyunun 25-də layihə çərçivəsində Bakıda ilk təlim keçirilib. İctimai Birliyin sədri İbrahim İbrahimli bildirib ki, layihənin məqsədi gənclər arasında milli-mənəvi dəyərlərin qorunması və təbliği, eyni zamanda hibrid təsirlər və informasiya təhlükəsizliyi barədə məlumatlılığın artırılmasıdır.
Təlimdə iştirakçılara “psixoloji təsir və hibrid müharibənin cəmiyyətə təsiri” mövzusunda təqdimat edilib. Mövzunun həm nəzəri əsasları, həm də praktik aspektləri barədə ətraflı məlumat verilib. İştirakçıların sualları cavablandırılıb. Layihə çərçivəsindən silsilə təlimlər davam edəcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
















