ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Bakıda Aerokosmik Modelçilik Festivalı keçirilib
09 IYUL 2025 - 13:00

“Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyi “Aerokosmik Modelçilik Festivalının təşkili” layihəsinin icrasına başlayıb. 2025-ci il iyunun 26-da layihə çərçivəsində Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən aviamodellərin uçuş meydançasında “Aerokosmik Modelçilik Festivalı 2025” keçirilib. İctimai Birliyin sədri Ceyhun Xəlilov bildirib ki, layihənin məqsədi raket və peyk modelçiliyinin kütləviləşməsinə və inkişafına kömək etməklə, innovativ gənclərin dinamik, intellektual və sağlam həyat tərzinin formalaşmasında bu texniki idman növünün rolunu artırmaqdır.
Festival 2 turdan ibarət olmaqla, ümumilikdə 10 növ üzrə keçirilib. Həmçinin intellektual viktorina və aviaşou xarakterli helikopter və təyyarə modellərinin nümayişi həyata keçirilib.
Festivalda iştirakçılara texniki idman növü kimi aerodinamika, aerokosmik mühəndislik, elektronika və mexanika sahəsində praktiki biliklər aşılanıb. Eyni zamanda ilk dəfə olaraq, layihə çərçivəsində raket modelçiliyində S-4-D Raketaplan kateqoriyası üzrə yarış və aerokosmik sahədə startap-ların yarışı keçirilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl