ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Manisa, İzmir və Bornovada Qərbi Azərbaycanla bağlı tədbirlər keçirilib
09 IYUL 2025 - 18:00

Media Araşdırmaları və Monitorinq Mərkəzi İctimai Birliyi “Qərbi Azərbaycana qayıdış - türk birliyi” layihəsinin icrasını davam etdirir. 2025-ci il iyunun 25-də layihə çərçivəsində Türkiyənin Manisa şəhərində, iyunun 27-də  İzmir şəhərində, iyunun 28-də isə Bornovada bununla bağlı tədbirlər keçirilib.
İctimai Birliyin sədri Zaur Qəriboğlu bildirib ki, layihənin məqsədi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına dəstək vermək, ədalətin bərqərar olması üçün azərbaycanlıların geriyə qayıtma hüququnu təmin edilməsi istiqamətində  məlumatlandırmanın aparılmasıdır.
Çıxışlarda Qərbi Azərbaycandan, xüsusilə də İrəvandan zorla çıxarılan soydaşlarımızın yaşadıqları faciələrdən danışılıb.
Tədbirin sonunda aktrisa Roza İbadova Kocamaz Aşıq Ələsgər haqqında geniş məlumat verərək, ustadın seçmə şeirlərini səsləndirib. 
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl