ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Astara rayonunda erkən nikahın fəsadları mövzusunda tədbir keçirilib
09 IYUL 2025 - 16:25

Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyi “Erkən nikah və fəsadları: maarifləndirici tədbirlər silsiləsi” adlı layihənin icrasını davam etdirir.  2025-ci il iyulun 5-də layihə çərçivəsində Astara rayonu Gənclər evində növbəti tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, Daxili İşlər Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndləri, gənclər iştirak ediblər. 
Layihənin məqsədi məktəblilərin maarifləndirilməsi yolu ilə erkən nikaha qarşı cəmiyyətdə immuniteti artırmaq, fəsadları izah etmək, məktəbliləri peşə təhsili üçün imkanlarla tanış etməkdir. 
Tədbirdə erkən nikahın fəsadları barədə danışılıb, gənclər erkən nikaha qarşı mübarizədə fəal olmağa səslənib. Daha sonra yeniyetmə və gənclərin fikirləri dinlənilib, sualları cavablandırılıb.  
Tədbirdə həmçinin erkən nikaha məcbur edilən şəxslərən alınan müsahibələr təqdim edilib. 
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl