ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“İnsan alverinə qarşı sosial mediada sayıqlılığın artırılması” layihəsi icra olunur
09 IYUL 2025 - 19:00

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi “İnsan alverinə qarşı sosial mediada sayıqlılığın artırılması” layihəsinin icrasını davam etdirir.
2025-ci il iyulun 8-də Bakıda layihə çərçivəsində növbəti tədbir keçirilib.
İctimai Birliyin sədri Gülayə Səfərova bildirib ki, layihənin məqsədi insan alverinə qarşı mübarizədə media qurumlarının, sosial şəbəkə fəallarının, dövlət strukturlarının və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyətini gücləndirmək, bu sahədə ictimai diqqəti artırmaq və profilaktik tədbirlərin səmərəliliyini yüksəltməkdir.
Tədbirdə Bakı şəhər BPİ İcTİ-nin baş inspektoru, polis polkovniki-leytenantı Kəmalə Ələkbərova, DİN-in İnsan Alverinə Qaşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis polkovniki İbrahim Əhmədov  çıxış edərək dövlət strukturlarının bu sahədə gördüyü tədbirlər, qanunvericilik və profilaktik mexanizmlər barədə iştirakçıları məlumatlandırıblar. 
Həmçinin tədbirdə vətəndaş cəmiyyəti nümayəndələri insan alverinə qarşı ictimai nəzarətin gücləndirilməsi, sosial şəbəklərdə maarifləndirici kampaniyaların artırılması ilə bağlı müzakirələr aparıb, sualları cavablandırıblar.
Tədbirin sonunda layihə çərçivəsində hazırlanmış “Bir addım, bir həyat” adlı maarifləndirici videoçarx da nümayiş etdirilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl