Cəbrayılda yırtıcı və zəhərli heyvanlardan qorunma mövzusunda təlim keçirilib
“Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi “Azad olmuş ərazilərdə yırtıcı və zəhərli heyvanlardan qorunma” adlı layihənin icrasını davam etdirir.
2025-ci il iyulun 12-də layihə çərçivəsində Cəbrayılda ilk təlim keçirilib.
İctiami Birliyin sədri Təvəkkül İsgəndərov bildirib ki, layihənin məqsədi işğaldan azad edilmiş ərazilərdə doğma yurdlarına qayıtmış yerli sakinləri, quruculuq sahəsində çalışan insanları ərazinin heyvanat aləmi, o cümlədən yırtıcı və zəhərli heyvan növləri barədə məlumatlandırmaq, bu təhlükəli heyvanlardan qorunma tədbirləri ilə bağlı təlimatlandırmaqdır.
Təlimdə Cəbrayıl sakinləri, gənclər və ərazidə tikinti işləri aparan işçilər iştirak edib.
Təlimdə yırtıcı heyvanlar, zəhərli həşəratlar barədə məlumat verilib, onlardan qorunma yolları izah edilib. İştirakçıların sualları cavablandırılıb.
Layihə çərçivəsində analoji görüşlər Xankəndi və Şuşa şəhərlərində keçiriləcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.







