Şimali Kiprdə “Bizim ailəmiz türk dünyasıdır” adlı konfrans keçirilib
“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru layihəsinin icrasını davam etdirir.
2025-ci il iyulun 9-da layihə çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətində Şimali Kipr Türk Cümhuriyyətinin Prezident Sarayında “Bizim ailəmiz türk dünyasıdır” adlı konfrans keçirilib.
İctimai Bİrliyin sədri Nadir Azəri bildirib ki, layihənin məqsədi türk dünyasının ortaq mirasını gənclərə çatdırmaqdır.
Konfransa Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar da qatılıb. E.Tatar türk dünyasının əlaqələrinin gücləndiyini bildirib və bu işə Azərbaycanın böyük töhfələr verdiyini vurğulayıb.
Tədbirin sonunda təşəkkür plaketləri təqdim edilib, xatirə fotosu çəkilib.
Layihə çərçivəsində növbəti tədbir Manisada keçiriləcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.








