“Narkotik: yeni çağırış və təhlükələr” layihəsi icra olunur
“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi “Narkotik: yeni çağırış və təhlükələr” layihəsinin icrasını davam etdirir.
2025-ci il iyulun 12-də layihə çərçivəsində İsmayıllı şəhərində tədbir keçirilib.
Layihə rəhbəri Telman Məmmədov bildirib ki, layihənin məqsədi narkotik əleyhinə vətəndaşları səfərbər etmək, fəsadları barədə ictimaiyyəti məlumatlandırmaq, səbəbləri ilə mübarizə aparmaq, davamlı və sistemli yanaşma ilə sağlam cəmiyyətin formalaşmasına töhfə verməkdir.
Tədbirdə yerli ictimaiyyət nümayəndələri, qonaqlar mövzu barədə fikirlərini bölüşüblər.
“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədri Sürəyya Məmmədova qeyd edib ki, narkotik vasitələr insanın sosial həyatını da iflic edir. Tədbirdə müzakirələr aparılıb, təkliflər sistemləşdirilib.
Layihə çərçivəsində silsilə tədbirlər Abşeronda da keçiriləcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.




