ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

"İşğaldan azad edilmiş ərazilərdə analarla iş" layihəsi çərçivəsində Cəbrayılda təlimlər keçirilib
16 IYUL 2025 - 19:47

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi "İşğaldan azad edilmiş ərazilərdə analarla iş" layihəsinin icrasını davam etdirir. 2025-ci il iyulun 11-və 13-də layihə çərçivəsində Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbində növbəti təlim keçirilib.

İctimai Birliyin sədri Sevinc Fədai bildirib ki, layihənin məqsədi məktəbəqədər yaşlı uşaqların inkişafında anaların daha fəal iştirakını stimullaşdırmaqdır.

Təlimlərdə iştirak edən analara məktəbəqədər yaşda olan uşaqların inkişafında ananın rolunun əhəmiyyəti, stressin idarə olunması, sağlam ailə mühiti və digər mövzularda məlumatlar verilib. Rollu oyunlar və art terapiya vasitəsilə ana-övlad münasibətləri üzərində işlənilib, emosional bağın möhkəmləndirilməsinə şərait yaradılıb.

Uşaqlar üçün açıq havada keçirilən hərəkətli fəaliyyətlər onların sosial və emosional bacarıqlarını inkişaf etdirməklə yanaşı, qaydalara riayət etmə vərdişlərini də gücləndirib. Rəsm terapiyası zamanı isə uşaqlar hisslərini sərbəst ifadə etmə imkanı qazanıblar.

Təlim proqramını psixoloq, art terapevt, metodist və digər mütəxəssislər həyata keçirib.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl