Zorakılığın qarşısının alınması ilə bağlı silsilə təlimlər keçirilib
“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi “Azərbaycanda gender əsaslı zorakılığın qarşısının alınması təlimləri” layihəsinin icrasını yekunlaşdırıb.
2025-ci il avqust-sentyabr aylarında layihə çərçivəsində Gəncə, Göygöl, Beyləqan, Saatlı və Zaqatala rayonlarında maarifləndirici tədbirlər təşkil olunub.
İctimai Birliyin sədri Fatma Hacıbəyli bildirib ki, layihənin məqsədi gender əsaslı zorakılığın qarşısını almaq, zorakılığa məruz qalmış şəxslərə sosial, hüquqi və psixoloji dəstək göstərməkdir.
Tədbirlərdə zorakılığın qarşısının alınması istiqamətində psixoloji söhbətlər aparılıb, sosial, hüquqi məsələlərə toxunulub. İştirakçıların sualları cavalandırılıb, problemlərinə dair izahlar edilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
















