ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Şəkidə gənclər üçün texnologiyalar və sosial sahibkarlıq düşərgəsi təşkil edilib
22 SENTYABR 2025 - 13:00

“İRƏLİ” İctimai Birliyi “Ecoinnovators: gənclər üçün ekoloji texnologiyalar və sosial sahibkarlıq düşərgəsi” layihəsinin icrasını yekunlaşdırıb.

2025-ci il 18-22 avqust tarixlərində layihə çərçivəsində Şəkidə düşərgə təşkil edilib.

5 gün davam edən düşərgədə Mingəçevir, Qax, Sumqayıt, Bakı, Şəki, Zaqatala, Quba və digər regionlardan gənclər iştirak edib.

İctimai Birliyin sədri Şahin Rəhmanlı bildirib ki, düşərgənin məqsədi gəncləri ekoloji problemlərə yaradıcı yanaşmalar axtarmağa, yaşıl texnologiyalar və sosial sahibkarlıq bacarıqlarını inkişaf etdirməyə təşviq etmək, eyni zamanda onları praktik bilik və vərdişlərlə dəstəkləyərək öz icmalarında davamlı təşəbbüslərə sövq etməkdir.

Düşərgədə mütəxəssislərin, həmçinin peşəkar təlimçilərin iştirakı ilə “Sosial ekologiya nədir və ekoloji izimiz”, “Regionlarda ekoloji problemlər və onların həll yolları”, “Sosial sahibkarlıq nədir?”, “İnnovativ ekoloji texnologiyaların tanıtımı və tətbiqi”, “Dayanıqlı inkişaf məqsədləri”, “Start-up ideyaları” mövzularında sessiya və təlimlər keçirilib. Bununla yanaşı, iştirakçılar üçün qrup işləri təşkil olunub.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl