ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Qarsın Qərbi Azərbaycan yaddaşı” sənədli filmi təqdim olunub
23 SENTYABR 2025 - 12:10

2025-ci il sentyabrın 20-də “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi tərəfindən hazırlanmış “Qarsın Qərbi Azərbaycan yaddaşı” sənədli filminin təqdimatı keçirilib.

Təqdimatda filmin yaradıcı heyəti, jurnalistlər, QHT nümayəndələri, gənclər və ictimai xadimlər iştirak ediblər.

İctimai Birliyin sədri Bəsti Nəsibova bildirib ki, film Türkiyənin Qars vilayətində çəkilib və 1915–1920-ci illərdə baş verən deportasiya nəticəsində yüzminlərlə soydaşımızın məcburi şəkildə öz yurdlarından didərgin salınması, onların Ərzurum, Muş və Qars vilayətlərinə pənah gətirməsi tarixi faktlara əsaslanaraq təqdim olunub.

Filmin müəllifi Almaz Mahmud çıxışı zamanı çəkiliş prosesi barədə danışaraq bildirib: “Qarsda gördüyümüz isti münasibət və insanların səmimiyyəti bizə özümüzü sanki Azərbaycanda hiss etdirdi. Adətlər, yeməklər, insanların həyat tərzi bizə çox doğma idi. Ümid edirəm ki, bu cür filmlərin çəkilişi davam edəcək. Xüsusən də Zəngəzur dəhlizi açıldıqdan sonra növbəti filmi həmin ərazilərdə çəkməyi planlaşdırırıq”.

Təqdimat zamanı jurnalistlər, QHT nümayəndələri və gənclər də film haqqında öz təəssüratlarını bölüşərək layihəni tarixi yaddaşın qorunmasında mühüm bir addım kimi qiymətləndiriblər.

Ekran əsərinin operatorları Elvin Rəhimli, Fəzail Kamalovdur. Filmin redaktoru Ətayə Abbasovadır.

Layihənin donoru Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

 

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl