Əlilliyi olan uşaqların valideynləri üçün təlimlər təşkil edilib
“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi “Pediatriyada refleksoterapiya” layihəsinin icrasını davam etdirir.
2025-ci il sentyabrın 2-dən layihə çərçivəsində təlimlərə başlanıb.
İctimai Birliyin sədri Təranə Musayeva bildirib ki, layihənin məqsədi əlilliyi olan uşaqların müalicə və reabilitasiyasını gücləndirmək, onların analarına refleksoterapiya üzrə biliklər verməkdir.
Təlimlərdə refleksoterapiyanın prinsipləri, uşaq sağlamlığındakı əhəmiyyəti, habelə refleksoterapiya sonrası uşaqlardakı dəyişiklik mövzuları izah edilib. Layihə çərçivəsində təlimlər oktyabrın 31-dək davam edəcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.





