ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Qəbələdə gənclərin yaradıcılıq imkanlarının artırılması ilə bağlı təlimlər keçirilib
23 SENTYABR 2025 - 15:00

"Qəbələ Yazarlarına Dəstək" İctimai Birliyi "Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması" layihəsinin icrasını davam edir.

2025-ci sentyabrın 1-dən 22-dək Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində layihə çərçivəsində təlimlər keçirilib.

İctimai Birliyin sədri Rəna Mahmudova bildirib ki, layihənin məqsədi yaradıcılıqla məşğul olan gəncləri üzə çıxarmaq, onların yaradıcılıq potensialının artırılmasına, bu sahədə biliklərinin təkmilləşdirilməsinə töhfə verməkdir.

Təlimlərdə ədəbi janrlar, üslublar, bədii qiraət və digər ədəbi proseslər barədə təlimlər keçilib. Qiraətlə məşğul olan gənclərin bilik və bacarıqları artırılıb, sualları cavablandırılıb, bu sahədə istiqamətlər verilib.

Təlimlərin sonunda gənclər öz yaradıcılıqlarından nümunələr səsləndiriblər.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl