Regionlarda məişət zorakılığı və insan alverinə qarşı maarifləndirici seminarlar keçirilir
“Təmas” Regional İnkişaf İctimai Birliyi “Bölgədə məişət zorakılığı və insan alverinə qarşı mübarizə tədbirlələrinin təşkili” layihəsinin icrasını davam edir.
2025-ci il sentyabrın 17-19-da layihə çərçivəsində Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə “Məişət zorakılığına və insan alverinə qarşı birgə mübarizə” mövzusunda maarifləndirici seminarlar keçirilib.
İctimai Birliyin sədri Kubra Ələkbərova bildirib ki, layihənin məqsədi gənclərin məişət zorakılığı və insan alveri ilə bağlı məlumatlılığını artırmaq, insan hüquqlarının qorunmasına dair biliklərini möhkəmləndirmək və zorakılığa qarşı ictimai məsuliyyət hissini gücləndirməkdir.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.








