ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

"İstedadları uğura aparan yol" adlı jurnalın təqdimatı keçirilib
23 SENTYABR 2025 - 17:00

“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi “Parlaq Ulduzlar – Gənc İstedadların Tanıdılması” layihəsinin icrasını başa çatdırıb.

2025-ci il sentyabrın 7-də layihə çərçivəsində "İstedadları uğura aparan yol" adlı jurnalın təqdimatı keçirilib. Jurnalda layihə çərçivəsində seçilən istedadlı gənclər haqqında məlumatlar, onların yaradıcılıq nümunələri və gələcək planları yer alıb.

İctimai Birliyin sədri Vüsalə Sadıqova bildirib ki, layihənin məqsədi regionlarda yaşayan istedadlı uşaq və gənclərin aşkarlanaraq onların inkişafı və tanınmasına dəstək olmaqdır.

Təqdimatdan sonra layihə çərçivəsində keçirilmiş istedad müsabiqəsinin qalibləri mükafatlandırılıb. Fərqlənən iştirakçılara diplomlar, sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

Tədbirin sonunda istedadlı uşaqlar və gənclərin iştirakı ilə konsert proqramı təqdim olunub.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl