ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Kistoz fibroza dair” məlumat toplusu hazırlanıb
23 SENTYABR 2025 - 18:00

"Kistik Fibroz Xəstələrinə Yardım" İctimai Birliyi “Sən də gəl, sən də tanı” layihəsinin icrasını başa çatdırıb. 2025-ci il sentyabrın 20-də Gəncə şəhərində layihə çərçivəsində ərsəyə gələn “Kistoz fibroza dair” adlı toplunun təqdimat mərasimi keçirilib.

İctimai Birliyin sədri Səadət Bayramova bildirib ki, layihənin məqsədi nadir xəstəliklərdən biri olan kistoz fibroz barədə ictimai məlumatlılığı artırmaq, həkimlər və xəstə ailələri üçün elmi bilikləri əlçatan etmək və bölgələrdə bu xəstəliyə diqqəti daha da gücləndirməkdir.

Təqdimatda Gəncə şəhəri və ətraf bölgələrdən həkimlər, xəstə valideynləri, həmçinin nadir xəstəlik daşıyıcıları və onların yaxınları iştirak ediblər. Tədbir iştirakçıları ilə müzakirələr aparılıb, sual-cavab sessiyası təşkil olunub.

Sonda tədbir iştirakçılarına kitablar paylanıb.

Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl