ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Brüsseldə Qərbi Azərbaycana qayıdış məsələləri müzakirə olunub
14 OKTYABR 2025 - 17:00

“İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi “Qərbi Azərbaycanlıların hüquqularının beynəlxalq platformalarda müdafiəsi” layihəsinin icrasını davam etdirir.
2025-ci il oktyabrın 7-də layihə çərçivəsində Brüssel şəhərində “Evə qayıdış və regional sülh” adlı beynəlxalq konfrans keçirilib.
Konfransda Brüsseldə fəaliyyət göstərən beyin mərkəzlərinin, beynəlxalq təşkilatların nümayəndələri, QHT-lər, ictimai-siyasi xadimlər iştirak ediblər.
Tədbirdə Azərbaycanı təmsil edən ekspertlər qaçqın düşmüş azərbaycanlıların sayı, onların yerləşmələri, Ermənistanda hansı ərazilərdə yaşadıqları, qayıdışın hüquqi tərəfləri, Qayıdış Konsepsiyasının reallaşması məsələləri barədə danışıb, xəritə üzərindən izah ediblər. 
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl