ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Qazaxıstanda 12-ci Vətəndaş Cəmiyyəti Forumu keçirilir
15 OKTYABR 2025 - 16:00

2025-ci il oktyabrın 15-də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Qazaxıstanın Astana şəhərində keçirilən 12-ci Vətəndaş Cəmiyyəti Forumunda iştirak edib.
“Qazaxıstan: regional liderlik və vətəndaş cəmiyyətinin inkişafında qlobal əməkdaşlıq” mövzusunda paneldə A.Əliyeva ortaq platformaların yaradılmasının əhəmiyyətini vurğulayıb.
O, həmçinin “Şanxay Əməkdaşlıq Təşkilatı və xalq diplomatiyası: qlobal əməkdaşlıq perspektivləri” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında çıxış edərək 2025-ci ilin aprel ayında Bakıda təsis edilmiş Qlobal Cənub QHT Platformasından söz açıb, Qazaxıstan QHT-lərinin bu istiqamətdə fəallığını qeyd edib. 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək 13-cü sessiyası haqqında da məlumat verilib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təmsilçiləri “Qeyri-hökumət təşkilatları haqqında qanunvericilik: vətəndaş cəmiyyətinin inkişafı kursu” mövzusunda keçirilən ekspert platformasının müzakirələrinə də qatılıb.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl