“Azərbaycanda astronomiya təhsilinin təşviqi” layihəsi çərçivəsində kitab nəşr olunub
“Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyi “Azərbaycanda astronomiya təhsilinin təşviqi” layihəsinin icrasını davam etdirir.
2025-ci il oktyabrın 14-də layihəsi çərçivəsində “Tusi-Bohm Planetariumu”nda “Astronomiya olimpiadaları: məsələlər və onların həlləri” kitabının təqdimatı keçirilib. İctimai Birliyin sədri Nağıyev Faiq bildirib ki, layihənin məqsədi astronomiya sahəsinə marağın artırılması, həmçinin məktəblilər və tələbələr üçün azərbaycandilli tədris resurslarının genişləndirilməsidir. “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyinin həmtəsisçisi Famil Mustafa bu kitabın Azərbaycandan olan olimpiada iştirakçıları üçün mühüm vəsait olduğunu dilə gətirib. Kitabın tərcüməçiləri Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları - Nazim Hüseynov və Kamal Hüseynovdur.
Tədbirin sonunda “Planetarium” zalında elmi-populyar film nümayiş olunub.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.







