ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

QHT-lər üçün WUF13-lə bağlı infosessiya təşkil olunub
31 OKTYABR 2025 - 20:00

2025-ci ilin oktyabrın 30-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində  QHT-lər üçün WUF13-də iştirakçılıqla bağlı informasiya sessiyası keçirilib. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üzvü,  Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparat rəhbərinin müavini Gülşən Rzayeva QHT-lərə iştirakçılığın formaları barədə təqdimat edib.  İnfosessiyada WUF13 barəsində ətraflı məlumat verilib, iştirakla bağlı qeydiyyat prosesi, QHT-lər üçün yaradılan imkanlar izah edilib, suallar cavablandırılıb, təkliflər qeydə alınıb.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl