“Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu"nun iştirakçıları Xocalıda ağacəkmə aksiyası keçirib
2025-ci il oktyabrın 19-da “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu"nun iştirakçıları Xocalının Ballıca kəndində ağacəkmə aksiyası keçirilib. Torpaq və yerli iqlim şəraitinə uyğun ağaclar əkilib.
Aksiya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin, Konstitusiya quruluşunun qorunması naminə həyatlarını itirən şəhidlərin əziz xatirəsinə ithaf edilib.
Forumun rəsmi açılış mərasimi oktyabrın 20-də Xankəndi Konqres Mərkəzində olacaq.















