ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan QHT-ləri COP30-da fəal iştirak edir
14 NOYABR 2025 - 12:00

Braziliyanın Belem şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasında (COP30) Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri fəal iştirak edir.
Azərbaycan QHT-ləri iqlim dəyişmələrinə qarşı mübarizə, dayanıqlı inkişaf, yaşıl enerji, ekoloji maarifləndirmə və resursların səmərəli idarə olunması kimi istiqamətlərdə keçirilən panel müzakirələrdə, sərgilərdə və beynəlxalq tərəfdaşlarla görüşlərdə təmsil olunurlar.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl