“Gender Hub” İctimai Birliyi COP30-da Mavi Zonada yan tədbir keçirib
2025-ci il noyabrın 12-də Braziliyanın Belem şəhərində keçirilən COP30 çərçivəsində Mavi Zonada "Gənclər və uşaqlar" pavilyonunda Azərbaycan Gənclərinin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” İctimai Birliyinin “Qlobal istiləşmə ilə üzləşən planetdə gənc qadınların sağlamlığı: çağırışlar və imkanlar” adlı yan tədbir keçirilib.
İctimai Birliyin sədri Məryəm Məcidovanın moderatorluğu ilə baş tutan tədbirdə gender və sağlamlıq üzrə mütəxəssislər, gənc fəallar və iqlim sahəsində çalışan ekspertlər iştirak edib. Müzakirələrdə iqlim dəyişmələrinin gənc qadınların reproduktiv sağlamlığına, psixoloji rifahına və əsas xidmətlərə çıxış imkanlarına təsiri təhlil olunub, həmçinin gənc qadınların liderliyinin gücləndirilməsi, müxtəlif sektorlar arasında əməkdaşlığın artırılması və inklüziv yanaşmaların tətbiqi ilə bağlı mövcud imkanlar təqdim edilib.



