ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycanın COP29-da qazandığı böyük rəğbəti QHT-lər üçün qlobal əməkdaşlıq mexanizminə çevirə bilməsi Braziliyada təqdir edilib
20 NOYABR 2025 - 12:00

2025-ci il noyabrın 19-u Braziliyanın Belem şəhərində keçirilən COP30 çərçivəsində Azərbaycanın "Qadın, İnkişaf, Gələcək" İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “COP29 qlobal təcrübə və COP30 yeni perspektivlər” layihəsi üzrə iqlim dəyişmələrinin kənd təsərrüfatına təsiri mövzusunda nöbvəti yan tədbirini keçirib.

Tədbir iqlim dəyişmələri fonunda kənd təsərrüfatı sistemlərinin dayanıqlığını gücləndirmək, torpaq və su ehtiyatlarının qorunması, təbiətə əsaslanan aqrar həllərin tətbiqi və kənd icmalarının ədalətli uyğunlaşma imkanlarının genişləndirilməsi ilə bağlı yeni strategiyaların müzakirəsinə həsr olunub, sessiyada alimlər, yerli icma liderləri, vətəndaş cəmiyyəti təmsilçiləri, gənc fəallar iştirak edib.

Panelin spikerləri – “Liberian Youth for Climate Actions” təşkilatının təsisçisi və icraçı direktoru Ezekiyel Nyanfor, “Ritmos Climáticos”un təsisçisi Makkenzi Kuenz, ECO-Akkord Mərkəzinin sədri Olqa Ponizova, Nobel Sülh Mükafatı laureatı və Təbiət və İnsanlar Fondunun iqlim məsələləri üzrə eksperti Aleksey Kokorin iqlim dəyişmələrinin kənd təsərrüfatında məhsuldarlığa, ərzaq təhlükəsizliyinə, icma dayanıqlığına, miqrasiya və sosial adaptasiya proseslərinə təsiri barədə fikirlərini bölüşüb, torpağın deqradasiyası, su qıtlığı, quraqlıq dövrlərinin uzanması və kiçik fermerlərin qlobal iqlim risklərinə qarşı daha həssas olması kimi məsələləri xüsusi vurğulayıblar. Müzakirələrdə həmçinin Liberiya Ətraf Mühitin Mühafizəsi Agentliyində Çoxtərəfli Ətraf Mühit Sazişləri (MEA) üzrə menecer Artur R. M. Bekker də iştirak edərək sualları cavablayıb.

Azərbaycanın "Qadın, İnkişaf, Gələcək" İctimai Birliyinin sədri Gülşən Axundova qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində əldə etdiyi diplomatik uğurları, COP29 dövründə qazandığı rəğbəti qeyri-hökumət təşkilatları üçün konkret əməkdaşlıq mexanizminə çevirə bilib, Qlobal Cənub QHT Platforması bunun bariz nümunəsidir. Müzakirələrdə Qlobal Cənub QHT Platformasının yaranmasının müasir dövrdə çoxtərəfli əməkdaşlıq, tərəfdaşlıq formatının, multilateralizm yanaşmasının tətbiqinin nadir nümunələrindən biri, real uğur hekayəsi olduğu vurğulanıb. O, da bildirilib ki, müasir dünya aramsız rəqabət, dinamik proseslər, daimi dəyişiklikləri ilə dərin transformasiya dövrünü yaşayır. Çağdaş dövrün əsas tendensiyası qeyri-müəyyənlik və gözlənilməzlik, təhlükəsizlik təhdidlərinin bir-birinə qarışması, çoxqütblü dünyaya keçid, qlobal qütbləşmə, fraqmentasiya və bununla yanaşı regional kooperasiyanının güclənməsidir.

Tədbir COP29-dan COP30-a keçid mərhələsində aqrar sahədə bilik və təcrübə mübadiləsinin əhəmiyyətini, eləcə də kənd təsərrüfatı üçün daha inklüziv və ədalətli iqlim həllərinin təcili şəkildə hazırlanmasına ehtiyacı bir daha ön plana çıxardı.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl