ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb
23 NOYABR 2025 - 14:00

2025-ci il noyabrın 23-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu çərçivəsində Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından olan qeyri-hökumət təşkilatlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri başlayıb.

İlk dəfə təşkil olunacaq forumun rəsmi açılışı noyabrın 24-də Bakıda keçiriləcək. Forumda “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” adlı panel müzakirələri və “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” təşkil olunacaq. Noyabrın 25-də isə Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin QHT-lərinin Platformasının təsis konfransı və “WUF13-ə doğru - Türk dünyasında ilk” adlı panel müzakirələri təşkil olunacaq.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl