Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu çərçivəsində sərgi açılıb
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılışından əvvəl “Gülüstan” sarayında, təşkilatda yer alan 8 ölkənin hər birinin mədəniyyətini özündə əks etdirən sərgi təşkil olunub. Sərgidə milli geyim nümunələri, əl işləri, müxtəlif kompozisiyalar nümayiş etdirilib, master-klasslar göstərilib.























