ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” keçirilib
24 NOYABR 2025 - 19:00

“Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” keçirilib

2025-ci il noyabrın 24-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu çərçivəsində “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” keçirilib.
Panelin moderatoru "Bakı Politoloqlar klubu" İctimai Birliyinin sədri Zaur Məmmədov olub.  Müzakirələrdə spikerlər qismində Qazaxıstanın “Səninlə Gələcək” Respublika İctimai Birliyinin sədri Zhansaya İsmagulova, Qazaxıstanın “Community HUB” İctimai Fondunun direktoru Assiya Tikeyeva, Qazaxıstanın “İkinci Respublika” İctimai Fondunun rəhbəri Ayan Turekulov, “Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal,  “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri Şəlalə Həsənova,  Gəncliyin Sosial-İqdisadi İnkişafına Yardım İctimai Birliyinin üzvü Hacıbey Heydərli fikirlərini bölüşüb.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl