ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“WUF13-ə doğru - Türk dünyasında ilk” adlı panel müzakirələri keçirilib
25 NOYABR 2025 - 18:30

2025-ci il noyabrın 25-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu çərçivəsində Naxçıvan şəhərində “WUF13-ə doğru - Türk dünyasında ilk” adlı panel müzakirələri keçirilib.
Panelin moderatoru "Qarabağın Tərəqqisi Naminə" İctimai Birliyinin sədri Şəbnəm Səfərova olub. Müzakirələrdə spikerlər qismində Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalama və Arxitektura Komitəsinin sədri İlqar Sadıqov, Türkiyənin “Türk Dünyası” Mühəndislər və Memarlar İB-nin sədri İlyas Demirci, Özbəkistanın “Qardaş Şəhərlər Alyansı”nın sədri Zakir Abidov, Qırğızıstanın Cəlal-Abad vilayətinin Manas şəhər meriyasının Gənclər işləri Şurasının sədri Bekmamat Arstanbekov, Qazaxıstanın Türk İş Adamları Assosiasiyasının icraçı direktoru Gulnura Sheripova, Türkmənistan Ekoloji Hərəkatı İctimai Birliyinin sədri Guncha Yusupova fikirlərini bölüşüblər.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl