ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

QHT-lərə Dövlət Dəstəyi Agentliyi Özbəkistanın “Vətəndaş Cəmiyyəti Həftəsi”ndə təmsil olunur
02 DEKABR 2025 - 12:00

2025-ci il dekabrın 1-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Vətəndaş Cəmiyyəti Həftəsi”nin açılış mərasimi keçirilib. Gənclərin Yaradıcılıq Sarayında baş tutan mərasimdə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi də qonaq qismində təmsil olunub. Agentliyin icraçı direktoru Aygün Əliyeva bir neçə gün əvvəl Bakı və Naxçıvanda keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda Özbəkistanın vətəndaş cəmiyyəti təmsilçilərinin fəal iştirakına görə təşəkkür edib. O, bildirib ki, bu günlərdə təsis olunan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platforması həm çoxtərəfli, həm də ikitərəfli münasibətlərin dərinləşdirilməsində yeni mərhələdir. A.Əliyeva Özbəkistan QHT-lərini 2026-cı ilin mayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13-də) fəal iştiraka dəvət edib.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl