ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Özbəkistanda “Aramızdakı qəhrəmanlar” layihəsi üzrə mükafatlandırma mərasimi keçirilib
04 DEKABR 2025 - 12:00

2025-ci il dekabrın 3-də Özbəkistanda “Vətəndaş Cəmiyyəti Həftəsi” çərçivəsində Daşkənddə “Yüksalish” Hərəkatının “Aramızdakı qəhrəmanlar” layihəsi üzrə qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva fəxri qonaq qismində qaliblərə təltifləri təqdim edib.

Özbəkistanın “Yüksalish” Hərəkatı artıq 4 ildir ki, “Aramızdakı qəhrəmanlar” layihəsini həyata keçirir. Layihənin məqsədi vətəndaşları islahatlara, ictimai proseslərə və sosial təşəbbüslərə daha fəal cəlb etmək, həmçinin müsbət nümunələri cəmiyyətdə tanıtmaqdır.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl