ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Aygün Nazif qızı Əliyeva

İcraçı direktor

Aygün Əliyeva 29 iyul 1988-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakultəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pilləsini fərqlənmə diplomu ilə bitirib (2006–2012). Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsində təhsil alıb (2013–2015). Xəzər Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə doktorantura pilləsində təhsil alıb (2015–2018).

Ailəlidir, 2 övladı var.

Əmək fəaliyyəti

23 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru təyin edilib.

 

İctimai fəaliyyəti

Təltiflər

         

 

2010-cu il Azərbaycan Dillər Universitetinin ictimai həyatında fəal iştirakına görə, 2014-2020-ci illərdə Yeni Azərbaycan Partiyasının fəaliyyətində aktiv iştirakına görə, 2014-2020-ci illərdə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilib.

 

Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixli 1354 nömrəli sərəncamına əsasən təsis edilmiş "Yüksəliş" müsabiqəsinin finalçısıdır (2021).

 

 

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl