Aygün Nazif qızı Əliyeva
İcraçı direktor

Aygün Əliyeva 29 iyul 1988-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakultəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pilləsini fərqlənmə diplomu ilə bitirib (2006–2012). Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsində təhsil alıb (2013–2015). Xəzər Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə doktorantura pilləsində təhsil alıb (2015–2018).
Ailəlidir, 2 övladı var.
Əmək fəaliyyəti
- 2010–2012-ci illərdə Azərbaycan Dillər Universitetində Tərbiyə işləri üzrə prorektor köməkçisi,
- 2012–2013-cü illərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Mərkəzi ofisində Layihələr üzrə baş təlimatçı
- 2013–2020-ci illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini,
- 2020–2021-ci illərdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İctimaiyyətlə əlaqələr, kargüzarlıq və vətəndaş müraciətləri ilə iş departamentinin rəhbəri
23 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru təyin edilib.
İctimai fəaliyyəti
- 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
- 15 aprel 2009-cu ildən 29 yanvar 2010-cu ilə qədər Yeni Azərbaycan Partiyası Nəsimi rayon Təşkilatının Qadınlar Şurasının sədr müavini
- 10 fevral 2010-cu ildən 2012-ci ilə kimi Azərbaycan Dillər Universitetində Tələbə Həmkarlar Təşkilatının sədr müavini
- 29 yanvar 2010-cu ildən 2015-ci ilə qədər Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ideoloji məsələlər üzrə sədr müavini
Təltiflər
2010-cu il Azərbaycan Dillər Universitetinin ictimai həyatında fəal iştirakına görə, 2014-2020-ci illərdə Yeni Azərbaycan Partiyasının fəaliyyətində aktiv iştirakına görə, 2014-2020-ci illərdə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixli 1354 nömrəli sərəncamına əsasən təsis edilmiş "Yüksəliş" müsabiqəsinin finalçısıdır (2021).